Muğanlı kəndində sakinləri narahat edən məsələlər öyrənilib
09 iyun 2021 | 11:00
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Muğanlı kəndində sakinləri narahat edən məsələləri yerində öyrənib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının rəhbərləri, eləcə də başçının müvainləri iştirak ediblər. Kənd ictimaiyyəti nümayəndələrinin təklif və müraciətləri qəbul olunub, qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb. Sakinlər əsaslı yenidən qurulan və cari tədris ilində istifadəyə verilən 624 şagird yerlik kənd tam orta məktəbində yaradılan yüksək şərait üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.