Şriftin ölçüsü :

Saytın rəngi :

Eynallı kəndində görülmüş işlər və sakinləri narahat edən məsələlər yerində araşdırılıb

11 iyun 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov növbəti dəfə Eynallı kəndində rayonun məsul şəxsləri ilə birlikdə görülmüş işlərlə yaxından maraqlanıb, sakinləri narahat edən məsələləri yerində araşdırıb. Kənddə həlli vacib olan məsələlərlə bağlı vətəndaşların müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. RİH başçısının Eynallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəadət Əliyevin son vaxtlar kənddə görülən işlərə dair məruzəsi dinlənilib. Bildirilib ki, son aylarda kənddə 3 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib, ümumilikdə 4 km uzunluğunda kənddaxili yollar hamarlanaraq xırlanıb, kəndin suvarma arxlarının lildən təmizləmə tədbirləri çərçivəsində ümumi uzunluğu 2 km təşkil edən hissələrində təmizlik işləri həyata keçirilib. Hazırda kəndin 330 hektar ərazisinin suvarılmasını təmin edəcək daxili su kanallarının çəkilişi, kənd qəbiristanlığının daxilində və ətrafında aparılan abadlıq işləri davam etdirilir.
İcra başçısı qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Keçidlər