Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində 6 küçənin yenidən qurulmasından sonra açılış mərasimi keçirildi.

22 oktyabr 2013 | 10:00

Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk növbədə bütün ağstafalıları bu münasibətlə təbrik etdi. Qeyd olundu ki, “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2013-cü il tarixli  2999 saylı Sərəncamına uyğun olaraq Ağstafa şəhərində 6 küçə, 20 Yanvar, Hüseyn Arif, Cəfər Cabbarlı, Səməd Vurğun, Aslan Aslanov küçələri və Şıxəli Qurbanov küçəsinin bir hissəsi tamami ilə yenidən qurulmuşdur. 5000 kv. metr sahəyə döşəmə daşı ilə səki salınmış, 4200 p/m (paqon metr) bardur qoyulmuş, 1000 kv. metr suvaq işləri görülmüş, 4000 kv. metr rəngləmə işləri aparılmış, 100-ə yaxın müasir tipli iki başlı işıqlandırıcılar quraşdırılmış, 22 700 kv. metr asfalt-beton örtüyü salınmış, yaşayış  evlərinin darvazaları milli üslubda taxta darvaza qapıları ilə əvəz olunmuşdur. Həmin küçələrdə 10000 kv. metr sahəyə yaşıllıq salınmış və dekorativ ağaclar əkilmişdir, 6 çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadları yenilənmişdir. 2 ədəd 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının isə pilləkan qəfəsələri tamami ilə yenidən təmir olunmuş, yeni giriş qapıları quraşdırılmış, binaların həyətləri abadlaşdırılmışdır. Hüseyn Arif küçəsində  1,2 kilometr uzunluğunda dekorativ yaşıllıq piramidaları salınmışdır. 2 saylı uşaq bağçası-körpələr evi tamami ilə yenidən qurulmuşdur.
Cənab Məhərrəm Quliyev tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, yaxın günlərdə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Ağstafa şəhərində kommunal şəraiti olmayan evlərdə yaşayan aztəminatlı ailələr üçün Hüseyn Arif və Rafiq Alıcanov küçələrində inşa olunan 104 mənzildən ibarət müasir tipli yaşayış kompleksi istifadəyə veriləcəkdir. Həmin yaşayış kompleksi mərkəzləşdirilmiş istilik sistemi və müasir standartlara uyğun uşaq bağçası-körpələr evi  ilə təmin olunacaqdır. Binalarda yaşayacaq ailələrin digər məişət məsələlərinin yaxşılaşadırılması üçün bütün şərait yaradılır.
Sonra tədbirdə çıxış edən bir sıra Ağstafa şəhər sakinləri onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə bütün ağstafalılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yenidən qurulan küçələrin istifadəyə verilməsini ifadə edən qırmızı lenti kəsdi. Rayon ictimaiyyəti ilə birlikdə yenidən qurulan küçələrə yürüş etdi. Küçələr boyu təqdim olunan milli janırlı ədəbi-bədii kompazisiyalar əsl bayram ab-havası yaratdı.

Keçidlər