Şriftin ölçüsü :

Saytın rəngi :

Qarahəsənli kəndində növbəti dəfə sakinlərlə görüş keçirilib, həlli vacib məsələlər ətrafında kənd ictimaiyyətinin nümayəndələri ilə müzakirələr aparılıb.

09 iyul 2021 | 11:00

Seymur Orucov Qarahəsənli kəndində növbəti görüşünü keçirib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə təşkilatlarının rəhbərləri, eləcə də RİH başçısı aparatının məsul əməkdaşları iştirak edib. Qeyd olunub ki, Qarahəsənlidən olan iki nəfər Vətən müharibəsi şəhidimizin xatirəsinə bulaq-abidə kompleksi inşa olunaraq əhalinin istifadəsinə verilib, 1 ədəd elektrik transformatoru və 2 ədəd artezian təmir olunub, “Yuxarı məhəllə”də isə 1 ədəd yeni artezian quyusu qazılaraq istifadəyə verilib, suvarma arxlarında zəruri təmizlik işləri həyata keçirilib, kənd bələdiyyəsi tərəfindən daha 500 metrədək kənddaxili yol təmir olunub.

 

Keçidlər