Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarını kənd təsərrüfatı sahəsini suvarma suyu ilə təmin edən "Ağstafaçay" su anbarı təmizlənir
"Ağstafaçay" su anbarı 1969- cu ildə hidrotexniki qurğularla birlikdə Ağstafa çayı üzərində tikilib. Anbara su başlanğıcını Ermənistandan götürən "Ağstafa" çayı vasitəsilə daxil olur. Anbarının əsas vəzifəsi Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarınin 74 min ha kənd təsərrüfatı sahəsini suvarma suyu ilə təmin etməkdir.
Ağstafaçay su anbarı vegetasiya suvarması zamanı kanalın ətrafı və bağlayıcı qapıları təmir edilir. Əkin sahələrini daim su ilə təchiz etmək üçün Suvarma Sistemləri idarəsinə qapılar vasitəsilə suyun verilməsini təmin edilir. Bu İlin suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün aprel ayının ortalarından anbara 80 mln m3 su yığılıb. İstehlakçılara suvarma suyunun verilməsi Qazax, Ağstafa ,Tovuz suvarma sistemləri idarələri vasitəsi ilə həyata keçirilir. 2021-çi ilin ilk 5 ayı ərzində rayonlara 42,7 mln m3 su verilib. Hal-hazırda suvarma prosesi gedir.
Tədbirlər planına uyğun olaraq, kanallarda daim lildən təmizləmə işləri aparılır. 360 min m3 lildən təmizləmə işlərinin aparılması nəzərdə tutulub ki, onun da 152 min m3 -da işlər yekunlaşıb. Mənfur düşmənlərimiz tərəfindən anbara məişət tullantıları axıdıldığı üçün idraənin kollektivi daim anbarda iməclik işləri aparır. idarə və su anbarında sel sularının maneəsiz axıdılması və yaz vegetasiya suvarılmasının mütəşəkkil aparılması üçün də növbətçilik qrafiki tərtib olunub.