Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq və yeniyətmələr arasında idmanın Karate do növü üzrə Ağstafa rayon açıq birinciliyi keçirilib.

10 iyul 2021 | 11:00

Ağstafada yay aylarında məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirilən tədbirlər çərçivəsində uşaq və yeniyətmələr arasında idmanın Karate-do növü üzrə Ağstafa rayon açıq birinciliyi keçirilib. Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan yarışda Gəncə şəhəri və Qazax rayonundan olan karateçilər də iştirak edib. Yarışda 7, 8, 9, 10, 11, 12, 13 yaşlı uşaq və yeniyetmələr olmaqla ümumilikdə 45 nəfər karateçi yüksək yerlər uğrunda mübarizə aparıb.
1-ci, 2-ci, 3-cü yeri tutan idmançılar Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun iştirakı ilə müvafiq medal və diplomlarla təltif olunublar.

Keçidlər