Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda cari ilin doqquz ayının yekunları müzakirə olunmuşdur.

23 oktyabr 2013 | 10:00

Ağstafa Rayon İcra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Ağstafa rayonunun sosial-iqtisadi inkişafının 2013-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilmişdir.
Tədbiri Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev giriş sözü ilə açaraq oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qısa zaman kəsiyində çox uğurla icra olunduğunu diqqətə çatdırdı.  İclasda qeyd edildi ki, ilin 9 ayı çox uğurlu olmuş, qarşıda duran bütün vəzifələr icra olunmuşdur.  Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Ağstafa rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.  2013-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 90,9 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 8 faiz artım əldə edilmişdir. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2013-cü ilin doqquz ayında 604 daimi iş yerləri yaradılmışdır. Doqquz ay ərzində  Ağstafa şəhərinin H.Arif, 20 yanvar, Aslan Aslaniv, Cəfər Cabbarlı, Səməd Vurğun  və Ş.Qurbanov küçələırində tamamilə yendən qurma işləri aparılmış, qəzalı və kommunal şəraiti omayan mənzillərdə yaşayan sakinlər üçün bir ədəd 16 mənzilli, bir ədəd 40 və bir ədəd 48 mənzilli yaşayış binalarının tikintisində  tamamlama işləri aparılır. Ağstafa  rayonunun qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu rayona da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir.
İclasa yekun vuran Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, Ağstafa rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 9 ay ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir.
Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər