Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən operativ qərargahın iclası keçirilib.

13 iyul 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında rayonda mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən operativ qərargahın iclası keçirilib.

İclasda müəyyən edilmiş suvarma qrafikinə riayət və növbəlik prinsiplərinə nəzarət olunmasına dair, eləcə də su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə suvarma qrafikinin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.

 

Keçidlər