Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Sadıqov Vüqar Lətif oğlunun Tovuz döyüşlərində şəhid olmasından bir il ötür

13 iyul 2021 | 11:00

Ağstafa rayonunun Göycəli kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Sadıqov Vüqar Lətif oğlunun Tovuz döyüşlərində  şəhid olmasından bir il ötür. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və müavinləri ilə birlikdə şəhidimizin ailəsini ziyarət edib. Vətən uğrunda canlarından keçmiş bütün hərbçilərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
Tovuz döyüşləri 2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatı nəticəsində başlayıb və 17 iyulda Ordumuzun Qələbəsi ilə başa çatıb.

Keçidlər