14 İYUL 1969-cu il: ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANDA BİRİNCİ DƏFƏ SİYASİ HAKİMİYYƏTƏ GƏLDİYİ GÜN XALQIMIZIN TARİXİ TALEYİNDƏ OYNADIĞI MİSİLSİZ ROLU İLƏ DAİM XATIRLANIR.
14 iyul 2021 | 11:00
Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ulu Öndərin respublika rəhbəri seçilməsi ilə həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi.