“Bir millət iki dövlət” Bəyannaməsi
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin mahir sərkərdəlik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən olan İkinci Qarabağ müharibəsində Azərbaycan dövləti qalib olaraq xalqın 30 il çəkən torpaq həsrətinə son qoyulmuş, qədim tarixə malik dövlətimiz əzəli torpaqlarını işğaldan azad etmiş və tarixi ədalət bərpa olunmuşdur. İkinci Qarabağ müharibəsinin başlanması düşmən qüvvələrinin hücumu nəticəsindəbaşlamışdır. 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Cənab Ali Baş Komandanın göstərişi və rəhbərliyi altında Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam¬la, əminliklə bildirirdi.Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bu qələbəni əldə etmək üçün uzun illər ərzində böyük işlər görmüşdür.
Azərbaycan tarixində İkinci Qarabağ müharibəsi ilə yanaşı baş vermiş mühüm hadisələrdən digəri 2021-ci il 15 iyun tarixində Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanması olmuşdur. Azərbaycan-Türkiyə dövlətləri arasında mövcud dostluq və qardaşlıq münasibətləri üzrə bir sıra əhəmiyyətli məsələləri vurğulayan bu sənədin 2021-ci il 15 iyun tarixində imzalanması mühüm əhəmiyyət kəsb edir.Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi Azərbaycan tarixində mühüm hadisə kimi iz qoymuşdur.Ölkə başçısı cənab İlham Əliyev qədim mədəniyyət mərkəzi Şuşa şəhərində imzalanmış Şuşa bəyannaməsini iki ölkə arasında müttəfiqlik müqaviləsi olmasını qeyd etməklə bu sənədin tarixi və siyasi əhəmiyyətini vurğulamışdır. Ölkə başçısı44 günlük müharibə zamanı ilk günlərdən Türkiyə Azərbaycana ən böyük dəstək olan dövlət olduğunu və nəinki müharibə zamanı, habelə işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinin aparılmasında Türkiyənin Azərbaycana öz dəstəyini daim göstərməsini vurğulamışdır. Qarabağın çoxşaxəli iqtisadi potensialını nəzərə alaraqiki qardaş ölkə arasında işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar artıq bir sıra mühüm kontraktlar bağlanmışdır.
Şuşa bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha şahidi oldu ki, müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək oldu. Cənab Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin iki ölkə arasında mövcud olan münasibətləri ən yüksək zirvəyə qaldırmasını öz çıxışında vurğulamışdır.Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Belə ki,Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapması çox mühüm tarixi nailiyyətdir. Türkiyə müdafiə sənayesi öz keyfiyyətini bir daha ortaya qoyaraq müharibə dövründə qardaş Azərbaycandan öz dəstəyini əsirgəməmişdir. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyə kimi bir yerdə olmuş və bundan sonra da hər zaman bir yerdə olacaqdır. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətləri arasında maddi-texniki, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığın gündən-günə genişlənməsinin əsas göstəricisidir. Azərbaycan və Türkiyə dövlətləri arasında əməkdaşlıq böyük bir tarixə malikdir. Qarabağda böyük iqtisadi layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Şuşa Bəyannaməsi göstərilən işlərin görülməsində ilkin hüquqi sənədlərdən biri oldu.
Ağstafa rayon prokurorluğunun müstəntiqi
vəzifəsi üzrə stajoru Günel Bayramova