Qurban bayramı ilə əlaqədar Ağstafa rayonunda heyvan satışı və kəsimi xidməti təşkil olunacaq
18 iyul 2021 | 11:00
20-21 iyul 2021-ci il tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən Çadır tipli müasir heyvan kəsimi məntəqəsində təşkil olunacaq.
Ünvan: Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsi. (Dövlət Bayrağı Meydanının yaxınlığı.)