Şriftin ölçüsü :

Saytın rəngi :

Poylu kəndində növbəti səyyar qəbul-görüş.

24 oktyabr 2013 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Poylu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Nəsibov Poylu kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Qurban Dəmirov kəndin ərazisindən keçən suvarma ana arxının təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Valeh Yaqubov yeni məhəllədə yolların təmir edilməsini xahiş etdi.
3. Asif Ələkbərov ərazidə olan bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasını təklif etdi.
4. Rza Omarov pay torpağının suvarılmasına köməklik edilməsini xahiş etdi.
5. Tapdıq Mahmudov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
6. Xatirə Həsənova Türklər məhəlləsində bir ədəd subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi.
7. Elsevər Rzayev İş yerlərinin açılmasının vacibliyi barədə danışdı.
8. Zərnişan Hüseynova 1 və 2 saylı uşaq baxçalarının təmir ediılməsini təklif etdi.
9. Dilarə Əliyeva Qaçqınlar məhəlləsinin yaxınlığında olan iki ədəd subartezian quyularının təmir olunmasını xahiş etdi.
10. Nizami Bayramov 1 və 2 saylı uşaq baxçalarına təbii qaz xəttinin çəkilməsinə ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa-Poylu Qəsəbə avtomobil yolu sürətlə yenidən qurulur. Növbəti ildə Poylu kənd tam orta məktəbində əsaslı təmir işlərinin aparılması nəəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər