Ağstafada Milli Mətbuat Günü qeyd olunub
22 İyul Azərbaycan Milli Mətbuat Günü Ağstafada qeyd olunub. Bu münasibətlə Seymur Orucov bir qrup mətbuat işçisini, AZTV-nin qərb bölgəsi üzrə xüsusi nümayəndəsi Nəbiyev Alməmməd Hacı oğlu, “İctimai” televiziyanın qərb bölgəsi üzrə xüsusi nümyandəsi Əhmədov Ruslan Novruz oğlu, “Space” televiziyasının Qərb Bölgəsi üzrə xüsusi nümayəndəsi Abdiyev Vasif Vaqif oğlu və operatoru Əlisgəndərov Rəşad Elçin oğlu, “SƏS”, “İnteraz” və “Dünya” televiziyalarının bölgə üzrə xüsusi nümayəndəsi Almədədov Kamran Tapdıq oğlu, “Ağstafa” qəzetinin baş redaktoru Əliyev İbrahim Məmmədrza oğlu və müxbirləri Heydərli Firdovsi Mədət oğlu, Qurbanov Qəhrəman Oruc oğlu, “gülüstan.org” saytının rəhbəri İsmayılov Səxavət Sabir oğlu və “mediaxeberleri.az” saytının rəhbəri Qarayev Ələddin İslam oğlunu Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edib. Onların hər birinə məsuliyyətli vəzifələrini şərəflə icra etdiklərinə görə dərin minnətdarlığını bildirib, milli mətbuat və jurnalistikamız naminə daha böyük nəaliyyətlər arzu edib.