Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim müəllim layihəsi” çəçrivəsində bir qrup gənc müəllimlə görüş təşkil olunub.

30 iyul 2021 | 11:00

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Bizim müəllim layihəsi” çəçrivəsində öz peşə və bacarıqları sahəsində nəaliyyətlər qazanmış bir qrup gənc müəllimlə görüş təşkil olunub.
Tədbir iştirakçıları öncə rayonun Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və baş məsləhətçisi Turan Hüseynov, rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov, YAP Ağstafa rayon Təşkilatının aparat rəhbəri Tağı İmamverdiyev və digərləri çıxış edərək təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdəki fəaliyyəti onun Ulu öndərimizin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək, artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir.
Tədbirdə təhsil sahəsində fərqlənən gənc müəllimlərdən Şəfəq Heydərli, Şəfəq Cəlilova, Vüsal Həsənov Ağstafa rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin  “Fəxri Fərman”ları ilə təltif olunublar.

Keçidlər