Ağstafa şəhərində abadlıq işləri davam edir.
Ağstafa şəhərində ictimai yaşayış binaları, küçə və prospektlərin təmiri, abadlıq və yenidənqurma işləri davam etdirilir. Şəhərin mərkəzi və ara küçələrinə asfalt qoyulur, küçələrin işıqlandırılması üçün müasir işıqlandırma sistemləri quraşdırılır. Çoxmənzilli yaşayış binalarda qışa hazırlıq çərçivəsində əsaslı və cari təmir işləri aparılır.
Ağstafa şəhərinin Ş.Qurbanov küçəsində yerləşən 23 və 24 nömrəli yaşayış binalarının girişlərinə plastik qapı-pəncərəl qoyulmuş, pilləkan qəfəsləri təmir olunaraq rənglənmişdir. Hər iki binanın həyəti asfaltlanmışdır.
Şəhərin Ağamalıoğlu küçəsindəki 19 nömrəli binada da təmir bərpa işləri aparılmışdır. Binanın blok qapıları və pəncərələri plastik qapı pəncərələlərlə əvaz edilmiş, pilləkan qəfəsləri təmir olunmuşdur. Sakinlərin istirahətinin təşkili üçün həyətdə müasir çardaq qurularaq onların istifadəsinə verilmişdir.
Ağstafa şəhərində, rayonun qəsəbə və kəndlərində abadlıq işləri davam edir.