Şriftin ölçüsü :

Saytın rəngi :

Pirili kəndindən olan şəhidimiz Bayramov İlkin Bayram oğlunun doğum günündə ailəsi ziyarət olunub

11 avqust 2021 | 11:00

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İlkin Bayramov 2021-ci il aprelin 4-ü Suqovuşan istiqamətində, xidməti vəzifəsini yerinə-yetirərkən mina partlaması nəticəsində xəsarət almışdı. Həkimlərin səyinə baxmayaraq, 12 gündən sonra, aprelin 16-sı müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalmışdır.
İ.Bayramov 2001-ci il avqust ayının 11-də Ağstafa rayonunun Pirili kəndində anadan olub. Şəhidimiz doğma kəndində dəfn olunub.
Bu gün şəhidimizin ailəsi ziyarət olunub. İlkinin keçdiyi şərəfli döyüş yolundan və ölkəmizdə şəhdi ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər