Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust Beynəlxalq Gənclər Günü Ağstafada qeyd olunub

12 avqust 2021 | 11:00

1998-ci ilin 8-12 avqust tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq konfransda qəbul olunmuş müvafiq qərara əsasən hər il avqustun 12-si tarixi dünyada "Beynəlxalq Gənclər günü" kimi qeyd olunur.
Gənclərin nailiyyətlərini təbliğ etmək və cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunan bu gün
Ağstafad da qeyd olunub. Belə ki, Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bir qrup yeniyetmə, və gənclərlə görüşüb. Tədbirdə respublika və beynəlxalq səviyyəli idman yarışlarında yüksək nəticələr əldə etmiş bir qrup ağstafalı yeniyetmə və gənclər müvafiq fəxri fərman, diplom və hədiyyələrlə təltif olunub. Təltif olunanlar öz növbəsində ölkəmizdə idmana, gənclərə göstərilən xüsusi dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər