Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada koronavirus (COVİD-19) pandemiyasına qarşı növbəti ümumrayon dezinfeksiya tədbiri həyata keçirilib

13 avqust 2021 | 11:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq Ağstafada koronavirus (COVİD-19) pandemiyasına qarşı icra olunan tədbirlər çərçivəsində rayon ərazisində geniş miqyaslı dezinfeksiya işləri davam etdirilir.
Bu gün keçirilən növbəti ümumrayon dezinfeksiya tədbiri çərçivəsində çoxmənzilli yaşayış binalarında, həyətlərin istirahət quşələrində, idman-əyləncə qurğularında, rayon əhalisinin daha çox istifadə etdiyi məkan və vasitələrdə, o cümlədən istirahət parklarında, avtostansiyalarda, ictimai nəqliyyat vasitələrində, bankomatlarda və digər yerlərdə müvafiq dezinfeksiya işləri həyata keçirilib.
Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət edilsin.

Keçidlər