Könüllü təlimlərində iştirak edən daha 5 nəfər gənc müvafiq sertifikatla təltif olunub
16 avqust 2021 | 11:00
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında könüllü təlimlərini uğurla başa vuran növbəti gənclərə müvafiq sertifikatlar təqdim olunub. Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov gəncləri təltif edib, onlarla xatirə şəkilləri çəkdirib. Gənclər onların bilik və bacarıqlarının artırılması üçün dövlət orqanlarında yaradılan bu cür şərait üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.