Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyəti başçısı yanında Şura iclası

02 oktyabr 2012 | 10:00

01 oktyabr 2012-ci il tarixdə “Ağstafa Aqroservis” MMC-də 2011-2012-ci təsərrüfat ilinin yekunu, problemlər və görülməsi nəzərdə tutulan işlər barədə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirildi.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq 2011-2012-ci təsərrüfat ilinin yekunu, problemlər və görülməsi nəzərdə tutulan işlər barədə danışdı. İclasda Ağstafa rayon İcra hakimiyyəti başçısının Aqrar məsələləri üzrə müavini Ramiz İmanov məruzə ilə çıxış etdi. İclasın gündəliyinə əsasən “Ağstafasüd” ASC idarə heyətinin sədri Sübut Əsədov, Tovuz rayonlararası Kənd Təsərrüfatı idarəsinin rəisi Canpolad Qəhrəmanov, Gəncə Dövlət regional yanğın nəzarət idarəsinin nümayəndəsi Nurəddin Hacıyev çıxış etdi. İclas işgüzar şəraitdə keçdi. Görülmüş müsbət işlərlə bərabər yol verilmiş nöqsanlar iclasda qeyd olundu.
 

Keçidlər