Şriftin ölçüsü :

Saytın rəngi :

Tatlı kəndində növbəti səyyar qəbul-görüş.

31 oktyabr 2013 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Tatlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov Tatlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Bildirildi ki, Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Yaradullu və Tatlı kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Maral Hüseynova həyətində olan 0,4 kvt-luq elektrik dayağının kənara çıxarılmasını xahiş etdi.
2. Səməd Məmmədov müalicə olunmasına köməklik edilməsini xahiş etdi.
3. Təyyar Həsənov yeni məhəllədə olan bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac olduğunu qeyd etdi.
4. Məzahir Əliyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
5. Səlim Zeynalov müharibə dövründə evinin zərər çəkməsi ilə əlaqədar köməklik edilməsi barədə danışdı.
6. Kamandar Novruzov ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
7. Bəturə Əhmədova Yaradullu kənd uşaq baxçasının təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
8. Elşad Nəcəfov qızına həyətyanı məqsədi ilə torpaq sahəsinin alınmasında köməklik edilməsini xahiş etdi.
9. Vəfa Muradova Yaradullu kəndində iki ədəd subartezian quyularının təmir edilməsini xahiş etdi.
10. Rafiq Qasımov Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulmasını təklif etdi.
11. Rakif Musayev Tatlı kənd icra nümayəndəliyinin inzibati idarə binasının dam örtüyünün dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi.
12. Telman Hacıyev Həsənsu çayının sağ sahil hissəsində yerləşən Tatlı kənd qəbiristanlığının yolunun təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Tatlı kəndində müasir tipli 220 şagird yerlik tam orta məktəbi tikilərək istifadəyə verilmişdir. Növbəti ildə Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur..
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər