Ağstafalı Vətən müharibəsi şəhidi Bahaləddin İsmayılovun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub
Ağstafanın Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidimiz İsmayılov Bahaləddin Temraz oğlunun doğum günü münasibəti ilə ailəsi ziyarət olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aparatının məsul əməkdaşları ilə birlikdə şəhidimizin ailə üzvləri ilə söhbət aparıb, onların qayğıları ilə yaxından maraqlanıb.
Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqqçusu olan Bahaləddin, oktyabrın 29-da Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və ölümündən sonra "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!