Şriftin ölçüsü :

Saytın rəngi :

30 oktyabr 2013-cü il tarixdə Eynallı kənd tam orta məktəbinin təməl qoyma mərasimi keçirilmişdir.

31 oktyabr 2013 | 11:00

Tədbiri giriş sözü ilə Ağstafa RİH başçısı cənab Məhərrəm Quliyev açaraq 300 şagird yerlik məktəb binasının tikintisinin başlanılması münasibət ilə Eynallı kənd sakinlərini və müəllim kollektivini təbrik etdi.
Cənab Məhərrəm Quliyev son dövrdə rayonda aparılan tikinti quruculuq işləri barədə ətraflı məlumat verərək bildirdi ki, rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Ənənəvi olaraq hər tədris dövründə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir. Cari tədris ilində 3 məktəb binası tikilib istifadəyə verilmiş, yaxın keçmişdə Kolxəlfəli məktəbinin təməli qoyulmuşdur. Bu gün isə Eynallı kənd 300 şagird yerlik yeni məktəbin təməlinin qoyulması mərasiminə toplaşmışıq.
Cənab Məhərrəm Quliyev yeni məktəb binasının tikintisi ilə bağlı kənd sakinlərini təbrik edərək bildirdi ki, yaxın zamanlarda daha 5 məktəbin tikintisinə başlanılacaqdır.
Sonra şəhid atası Rza İsmayılov, məktəbin direktoru Mövsüm Paşayev, kənd ağsaqqalı Teyyub Hüseynov, Ağstafa Su Tikinti ASC-nin sədri Vaqif Məmmədov çıxış edərək yeni məktəb binasının tikintisinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdilər.
Sonda RİH başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə yeni məktəb binasının tikintisinin təməli qoyuldu.

Keçidlər