Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Vətən var olsun!” şüarı ilə fləşmob keçirilib

27 sentyabr 2021 | 11:00

Ağstafada 27 sentyabr Anım Günü münasibəti ilə “Vətən var olsun!” şüarı ilə flaşmob nümayiş etdirilib. Rayonun Heydər Əliyev Mərkəzinin qarşısında toplaşan 500 nəfər ağstafalı yeniyetmə və gənc, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşməni lərzəyə salan “Qarabağ Azərbaycandır!” şüarını canlandırıb, müqəddəs üçrəngli bayrağımızı dalğalandırıblar. Bununla da ağstafalı yeniyetmə və gənclər dövlətinə, torpağına və xalqına olan dərin ehtiramlarını nümayiş etdiriblər.

Keçidlər