Ağstafada abadlıq, təmizlik işləri davam edir
03 noyabr 2013 | 11:00
Ağstafa rayonunda hər həftənin şənbə günü Ağstafa şəhəri ilə yanaşı rayonun qəsəbə və kəndlərində də təmizlik, abadlıq və yaşıllıqların salınması işi aparılır.Yerli İcra nümayəndələri və bələdiyyələrin təşkilatçılığı ilə həyata keçirilən bu tədbirlərdə qəsəbə və kəndə ərazilərində məişət və digər tullantılar yığılır.Kənddaxili yolların və su arxlarının kənarlarında yaşıllıqlar salınır.
Qeyd etmək lazımdır ki, bu iş Bakı-Qazax magistral avtomobil yolunun rayondan keçən hissəsində daha mütəşəkkil qaydada keçirilir. İməclik zamanı avtomobil yolunun hər iki tərəfi məişət və digər tullantılardan təmizlənir, qurumuş ağac və bəzək kolları yenisi ilə əvəz olunur.