Ağstafada çoxmənzilli yaşayış binalarının kommunal-məişət şəraiti diqqətdə saxlanaılır
23 oktyabr 2021 | 11:00
Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının təmir-bərpası, ətraflarının abadlaşdırılması işləri də davam etdirilir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir qrup məsul şəxsləri ilə birlikdə çoxmənzilli yaşayış binalarına növbəti baxış keçirib. Mövcud şərait yerində araşdırılıb, sakinlərlə söhbətlər aparılıb, onların təklif və müraciətləri qəbul olunub.