Ağstafada daha bir binanaın istilik sistemi yeniləndi.
Ağstafa şəhərində şəhid, Qarabağ müharibəsi və Çernobıl əlilləri ailələrinin yaşadığı 20 ailələik yaşayış binasının istilik sisteminin çəkilişinə başlanılmışdır. 2007-ci ildən istifadəyə verilən binanın istilik sisteminin olmamasını nəzərə alan rayon İcra hakimiyyətinin rəhbərliyi daxili imkanlar hesabına şəhid və əlil ailələrinin yaşadığı binaya modul tipli qazanxana sisteminin quraşdırılması və daxili sistemin çəkilməsinə qərar vermişdir.
Hazırda həmin binada istilik sisteminin quraşdırılmasında son tamamlama işləri aparlır. Yaxın günlərdə binanın mərkəzləşdirilmiş istilik sistemi fəaliyyətə başlayacaqdır. Həmçinin həmin binanın fasad hissəsində, bloklarında və pilləkan qəfəslərində cari təmir işləri də görülür.