Vətən müharibəsinin könüllü döyüşçüsü Əfqan Səfərovun şəhid olmasının ildönümündə abidə bulaq kompleksinin açılışı olub
Ağstafanın Həsənsu kəndindən Vətən müharibəsinə könüllü qatılan Səfərov Əfqan Nadir oğlunun vətən uğrunda şəhid olmasının birinci ildönümündə adına bulaq kompleksinin açılışı olub, onun əziz xatirəsi ehtiramla anılıb. Tədbir iştirakçıları daha sonra şəhidimizin doğma evində təşkil olunan mərasimdə iştirak ediblər.
08.03.1997-ci il tarixində Həsənsu kəndində anadan olan Əfqan da bir çox döyüş yoldaşları kimi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq savaşıb. O, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük sücaət göstərib. Doğma kəndində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.