Ağstafada "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş qaçış marafonu keçirilib.
06 noyabr 2021 | 11:00
Ağstafa şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən marafonda 180 nəfər ağstafalı yeniyetmə və gənc iştirak edib. Öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən geniş bəhs edib və yarış iştirakçılarına uğrular arzu edib.
5 km məsafəni qət etməli olan marafonçulardan oğlanlar arasında finiş xəttinə 1-ci Məhərrəmov Xəzər Emin oğlu, 2-ci Əliyev Ağa Qəzənfər oğlu, 3-cü Həsənzadə İsə Oqtay və Məmmədov Cavad Asim oğlu, qızlar arasında isə 1-ci Abdullayeva Xədicə Nadir qızı, 2-ci Əliyeva Günay Habil qızı, 3-cü Abdullayeva Ayan Elnur qızı çatıbdır.