Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnəqışlaq kəndində növbəti səyyar qəbul-görüşü

07 noyabr 2013 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Köhnəqışlaq kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.Əvvəlcə Köhnəqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Həsənov Köhnəqışlaq kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Azad Məmmədov Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
2. Abbas Abbasov müharibə dövründə evinin zərər çəkməsi ilə əlaqədar köməklik edilməsini xahiş etdi.
3. Elxan Musayev kəndin “Xələfli” məhəlləsində bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Hamlet Abbasov ərazidə olan bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasından danışdı.
5. Ramin Namazov “Sədilər” məhəlləsində yolun təmir edilməsini xahiş etdi.
6. Maşallah Nağıyev Köhnəqışlaq   kəndində yeni tibb məntəqəsinin inşa edilməsini təklif etdi.
7. Elçin Aslanov İş yerlərinin açılmasının vacibliyindən danışdı.
8. Rəqilə Namazova “Arpa dərəsi” məhəlləsinə çəkilmiş içməli su xəttinin təmir edilməsini xahiş etdi.
9. İdris Nəsibov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
10. Vaqif Qasımov “İsəxanlı” və “Xələfli” məhəllələrinə subartezian quyusundan içməli su xəttinin çəkilməsi barədə danışdı.
11. Sehrəddin Hüseynov çöl və həyətyanı torpaq sahələrini suvarma suyu ilə təmin edən ana arxın təmizlənməsinə ehtiyac olduğunu bildirdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Köhnəqışlaq kəndində əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədi ilə yeni tibb məntəqəsinin tikintisi başa çatmaq üzrədir. Növbəti ildə Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər