Şriftin ölçüsü :

Saytın rəngi :

Saloğlu qəsəbəsindən olan “Əjdaha" ləqəbli snayperçi, Vətən müharibəsi şəhidmiz Rüfət Vidadi oğlu Məmmədlinin əziz xatirəsini ehtiramla anırıq.

22 noyabr 2021 | 11:00

Rüfət Məmmədli 23.11.1993-cü ildə Saloğlu qəsəbəsində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin gizir idi. 2016-cı ildə baş tutan Aprel döyüşlərindəki şücaətinə görə "kiçik gizir" hərbi rütbəsi alıb. 2017-ci ildə "Ən yaxşı kəşfiyyatçı snayper" kursunu birinciliklə bitirib. 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərinin də fəal iştirakçısı olub. 44 günlük Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi qəhrəmancasına savaşıb. Doğma qəsəbəsində dəfn olunan şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər