Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında cari ildə rayonda payızlıq əkinin gedişatı və suvarma məsələlərinə dair Operativ Qərargahın növbəti iclası keçirilib.
24 noyabr 2021 | 11:00
Ağstafa RİH başçısının sədrliyi ilə keçən iclasda kənd və suvarma təsərrüfatlarına məsul şəxslər iştirak edib. Seymur Orucov ərazi vahidləri üzrə müəyyən edilmiş suvarma qrafikinə ciddi riayət olunması, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsinə düzgün nəzarət olunmasına dair tapşırıqlarını verib. Su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə suvarma qrafikinin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyi barədə bir daha xəbərdarlıq olunub.