Ağstafa rayon Mərkəzi Kitabxanasında “Uşaqlar mənsub olduqları ölkənin işıqlı gələcəyidir” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
08.11.2013-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasında Ağstafa rayon İcra hakimiyyəti başçısının “2013-cü ilin noyabr ayının “Uşaq hüququ aylığı”” kimi qeyd edilməsi barədə sərəncamına əsasən “Uşaqlar mənsub olduqları ölkənin işıqlı gələcəyidir” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada Mədəniyyət və Turizm şöbəsinin məsul işçisi Vaqif Mehdiyev, MKS-nin, Tarix Diyarşünaslıq muzeyinin , Rəsm qalereyasının, Hüseyn Arifin ev muzeyinin və Aşıqlar evinin işçiləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Vaqif Mehdiyev açıq elan etmiş və bu sərəncamın imzalanmasına görə RİH-nin başçısına minnətdarlığını bildlrmişdir. Sonra isə söz növbə ilə iştirakçılara verilmişdir. MKS-nin “İnformasiya resurs” şöbəsinin baş kitabxanaçısı Vəfa İsgəndərova çıxış edərək gənc nəslin tərbiyəsində ailənin və cəmiyyətin rolundan, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğıdan söhbət açmışdır. Növbəti çıxışı “Xidmət şöbəsi”nin multimediya mütəxəssisi Laçın Məhərrəmova etmişdir. O, öz çıxışında uşaq hüquqlarının qorunmasına dair Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalardan və imzalanan sərəncamlardan söhbət açmışdır. Tədbirin sonunda Tahirə Hacıməmmədova gələn qonaqlara təşəkkürünü bildirmiş və tədbiri bağlı elan etmişdir.