Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının sakinləri üçün “Abad həyət” layihəsinin icrası davam etdirilir.
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri davam etdirilir. Bu istiqamətdə aparılan işlər çərçivəsində 2020-ci ildən başlayaraq, RİH tərəfindən Ağstafa şəhərində yerləşən çoxmənzilli yaşayış binaların sakinlərinin mənalı istirahətləri, asudə vaxtlarının səmərəli təşkili və uşaqların əylənməsi üçün “Abad həyət” layihəsinin icrasına başlanılmışdır. Abadlaşdırılıan növbəti həyət, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, 23 və 24 nömrəli 5 mərtəbəli yaşayış binalarının sakinlərinə aiddir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və bir sıra məsul şəxslərlə birlikdə işlərə baxış keçirmiş, aidiyyəti üzrə tapşırıqlarını vermişdir.