Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada ümummilli lider Heydər Əliyevin anım günü keçirilib

12 dekabr 2021 | 11:00

Bu gün Ağstafa rayon İcra Hakimiyyətinin başçısı  Seymur Orucov hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin önündə Ulu öndərin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
İcra başçısı Seymur Orucov bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana bəxş etdiyi nadir şəxsiyyət, əsl lider, dünyada sayılıb-seçilən görkəmli siyasətçi idi. Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb. "Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla tükənməz. Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millətinin atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonda tədbir  iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar

 

Keçidlər