Düzqışlaq kəndində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev oktyabrın 02-də rayonumuzun Düzqışlaq kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Qafarov Düzqışlaq və Kolayır kəndləri barədə iclas iştirakçılarına geniş məlumat verdi. O, qeyd etdi ki, Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Düzqışlaq və Kolayır kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Vəli Muradov Düzqışlaq kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
2. Gözəl Abbasova Düzqışlaq kəndində yeni məhəllədə yolun təmirinin başa çatdırılmasının tezləşdirilməsini xahiş etdi.
3. Əziz Qələndərov təsərrüfat mövsümi ilə əlaqədar kəndin suvarma su təminatının yaxşılaşdırılması haqqında danışdı.
4. Valeh Bayramov işlə təmin edilməsini xahiş etdi.
5. Güləndam Zeynalova kəndin giriş hissəsində olan bir ədəd subartezian quyusunun bərpa olunmasını qeyd etdi.
6. Yanvar Bayramov mərkəzi avtomobil yolundan yeni tikilən tam orta məktəbin qarşısınadək olan 500 metr məsafədə yola asfalt örtüyünün salınmasını təklif etdi.
7. Rəşid Hüseynov gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
8. Elbrus Həsənov Poylu -Düzqışlaq -Qazax avtomobil yolunun əsaslı təmirə ehtiyac olduğunu vurğuladı.
9. Telman Kazımov yeni məhəllədə bir ədəd elektrik transformatorunun quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
10. Şikar İsmayılov Kolayır kəndində yeni ibtidai məktəb binasının inşa edilməsini təklif etdi.
11. Həsən Hüseynov Kolayır kəndində yeni körpələr evi uşaq bağçasının inşa edilməsi haqqında danışdı.
12. Hüseyn Mustafayev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
13. Vaqif Yusifov yeddi kəndi rayon mərkəzi ilə əlaqələndirən Poylu qəsəbə ərazisindəki Ağstafa çayı üzərində qəzalı vəziyyətdə olan avtomobil körpüsünün yenidən bərpa olunmasının vacibliyi haqqında danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Kənddə müasir üslubda inşa edilən 180 şagird yerlik tam orta məktəbin istifadəyə verilməsi buna bariz nümunə kimi yığıncaq iştirakçılarının nəzərinə çatdırıldı.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.