“Heydər Əliyev Azərbaycan Respubliksı Konstitusiyasının banisidir” elmi-praktik konfrans keçirilmişdir.
“Heydər Əliyev Azərbaycan Respubliksı Konstitusiyasının banisidir” mövzusunda Ağstafa rayon icra hakimiyyəti başçısı aparatının akt zalında elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq Konstitusiyanın yaranma tarixindən və müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaranmasında ümummilli lider Heydər Əliyevin rolundan ətraflı danışmışdır. 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiya Aktında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa tə`minat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini tə`min edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini tə`min etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək əks olunması haqqında geniş danışmışdır.
Daha sonra Ağstafa rayon prokuroru Əlirza Babayev, rayon məhkəməsinin hakimi İlqar Əliyev, rayon polis şöbəsinin rəis müavini Zaur Bayramov Azərbaycanın ilk Konstitusiyasının yaranmasında Heydər Əliyevin danılmaz fəaliyətindən və Konstitusiya haqqında ətraflı çıxış etdilər.