Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Köçəsgər kəndində 1 və 2 saylı Körpələr evi uşaq bağçalarında olub

15 dekabr 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, RİH aparatının məsul şəxslərilə birgə Köçəsgər kəndində 1 və 2 saylı Körpələr evi uşaq bağçalarında olub. İcra başçısı məktəbəqədər təhsil müəssisələrində uşaqların davamiyyəti və tibbi müayinə olunmaları ilə yaxından tanış olmuş, körpələrin hər cür qayğı və dəstəyə laiq olduqlarını qeyd etmişdir.  S.Orucov xüsusi karantin rejiminin tələblərini, tibbi maskalardan istifadə edilməsini və gigiyena qaydalarına əməl olunmasını nəzərə çatdırmış və bununla bağlı aidiyyəti üzrə  lazımi tapşırıqlarını vermişdir.

 

Keçidlər