Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Ağstafanın Köçəsgər kəndində olmuşdur

15 dekabr 2021 | 11:00

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, başçısının müavinləri və aparatının şöbə müdirləri Köçəsgər kəndində bir sıra dövlət müəssisələrinə  baxış keçiriblər. Ölkə başçısı tərəfindən qəbul edilmiş müvafiq Dövlət Proqramları bütün bölgələri əhatə etməklə ölkəmizin daha sürətli inkişafına səbəb olmuşdur. Ölkəmizin bütün yaşayış məntəqələrində yeni infrastrukturların yaradılması, sosial layihələrin icrası, orada yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, onların sosial rifah hallarının maksimuma çatdırılması kimi məsələlər mühüm dövlət proqramlarında öz əksini tapmışdır. O cümlədən Ağstafa rayonunun Köçəsgər  kəndinə  də dövlət qayğısı yüksək səviyyədədir. Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov kəndin  İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində olmuş, kənd kitabxanasının  və kənd klubunun mövcud vəziyyəti ilə yaxından tanış olmuşdur.

 

Keçidlər