Ağstafa RİH başçısı Qırılı kəndində Ümumtəhsil müəssisələrində olub
16 dekabr 2021 | 11:00
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, RİH aparatının məsul şəxslərilə birgə Qırılı kənd 1 və 2 saylı Körpələr evi uşaq bağçası və Qırılı kənd tam orta məktəbində olub. İcra başçısı təhsil müəssisələrində uşaqların davamiyyəti və tibbi müayinə olunmaları ilə yaxından tanış olmuş, xüsusi karantin rejiminin tələblərini, tibbi maskalardan istifadə edilməsini və gigiyena qaydalarına əməl olunmasını nəzərə çatdırmış və bununla bağlı aidiyyəti üzrə lazımi tapşırıqlarını vermişdir.