Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Ağstafanın Tatlı kəndində olmuşdur

17 dekabr 2021 | 11:00

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, başçısının müavinləri və aparatının şöbə müdirləri Tatlı kəndində bir sıra dövlət müəssisələrinə  baxış keçiriblər. Ölkə başçısı tərəfindən qəbul edilmiş müvafiq Dövlət Proqramları bütün bölgələri əhatə etməklə ölkəmizin daha sürətli inkişafına səbəb olmuşdur. Ölkəmizin bütün yaşayış məntəqələrində yeni infrastrukturların yaradılması, sosial layihələrin icrası, orada yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, onların sosial rifah hallarının maksimuma çatdırılması kimi məsələlər mühüm dövlət proqramlarında öz əksini tapmışdır. Ağstafanın Tatlı kəndinə  də dövlət qayğısı yüksək səviyyədədir. Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov kəndin  İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində olmuş, kənd kitabxanası, Poçt, Tibb məntəqəsi  və bir sıra mühüm obyektlərin mövcud vəziyyətləri ilə yaxından tanış olmuşdur.

 

 

Keçidlər