Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib
Ağstafada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, Vətən müharibəsi şəhidlərimizin ailə üzvləri, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təsis etdiyi və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını əlaqələndirən, onlar arasında ideoloji birlik yaradan Həmrəylik Gününün əhəmiyyətindən, eləcə də 2021-ci ildə ölkəmizin əldə etdiyi yüksək nəaliyyətlərindən geniş bəhs ediblər.
Tədbir yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında bayram konserti ilə davam etdirilib.