Şriftin ölçüsü :

Saytın rəngi :

Tokio-2020: Yay Olimpiya Oyunlarının Yunan-Roma güləşi üzrə gümüş mükafatçısı, əslən Ağstafanın Muğanlı kəndindən olan Pərviz Nəsibovla görüş keçirilib.

05 yanvar 2022 | 11:00

Tokio-2020: Yay Olimpiya Oyunlarının Yunan-Roma güləşi üzrə gümüş mükafatçısı, əslən Ağstafanın Muğanlı kəndindən olan Pərviz Nəsibovla görüş keçirilib.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasında keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad olunub.

Pərviz Nəsibov 1998-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Erkən yaşlarından Yunan-Roma güləşi üzrə məşğul olmağa başlamış və ilk uğurunu da rayon birinciliyində qazanmışdır. Daha sonra 7 yaşında ailəsi ilə birlikdə Ukraynaya köçmüş və karyerasını orada davam etdirmişdir. 2017-ci ildə Almaniyada keçirilən gənclər arasında Avropa çempionatında qızıl, 2018-ci ildə Dünya Çempionatında gümüş medal qazanmışdır.
Tədbirdə müvafiq hədiyyə və diplomlarla təltif olunan Olimpiya mükafatçısı azərbaycanlı olmağı ilə qürur duyduğunu bildirmiş və ona göstərilən yüksək diqqətə görə dərin minnətdarlığını ifadə edib.

 

Keçidlər