Şriftin ölçüsü :

Saytın rəngi :

Köçəsgər kəndindən keçən “Acı dərə” təbii sel ötürücüsündə yaranmış təbii aşınmanın aradan qaldırılması işlərinə start verilib

12 yanvar 2022 | 11:00

Ağstafa rayonunun Köçəsgər kəndinin ortasından keçən və Kür çayına axan təbii sel ötürücüsü “Acı dərə”də yaranmış təbii aşınmanın aradan qaldırılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında “Sel sularından mühafizə tədbirləri” obyekti üzrə layihənin icrasına başlanılmışdır.
Qeyd edək ki, uzunluğu 800 metrədək olan sel ötürücüsündə 2017-ci ildən  etibarən başlanmış təbii aşınma səbəbindən eni və dərinliyi artmışdır.  Nəticədə ətrafdakı evlər uçmaq təhlükəsi qarşısında qalmış, yol infrastrukturuna, digər kommunikasiya xətt və qurğularına ziyan dəymişdir.

Keçidlər