Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda 20 YANVAR faciəsinin 32-ci ildönümü qeyd edildi

20 yanvar 2022 | 11:00

20 yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Ağstafa rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Anım tədbirində rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəsissə və təşkilatlarının əmək kollektivləri iştrak etmişdir. Anım tədbirində Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri gül dəstələri qoymuş, şəhidlərin məzarı üzərinə qərənfillər düzülmüşdür. Anım tədbirində rayon İcra hakimiyyətinin başçısı S.Orucov şəhid ailələri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdir

 

Keçidlər