Ağstafada abadlıq və yenidənqurma işləri davam edir.
17 noyabr 2013 | 11:00
Ağstafa şəhərinin küçə və prospektlərinin, park və meydanlarının yenidən qurulması, tikintisi və abadlıq işlərinin aparılması davam etdirilir. Rayon mərkəzində 6 küçə istifadəyə verildikdən sonra şəhərin M.Allahverdiyev, R.Əsədov və E.Qələmçəli küçələrində apaılan işlər sürətləndirilir. Həmin küçələrdəki estetik baxımı olmayan kösklər götürülür, səkilər qaydaya salınır, qaz, elektrik və rabitə xətləri nizamlanır, küçələrə asfalt qoyulmasına hazırlıq işləri görülür.