Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Rafiq Alıcanova həsr edilmiş “Oğuz elinin qəhrəmanı” adlı filmin nümayişi keçirilib

27 yanvar 2022 | 11:00

Ağstafa Rayon Mədəniyyət Mərkəzində Milli Qəhrəman Rafiq Alıcanovun həyatına və Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr edilmiş “Oğuz elinin qəhrəmanı” adlı filmin nümayişi keçirilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində lentə alınan filmin nümayişindən əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Qəhrəmanın yaxın qohumları, şəhid ailələrinin üzvləri və qazilər, Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Keçidlər