Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının yeni sədri rayon ictimaiyyətinə təqdim olunub

10 fevral 2022 | 11:00

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatına  28 yanvar 2022-ci il tarixdə YAP İdarə heyətinin 1 saylı qərarı ilə yüksək etimad göstərilərək  sədr təyin olunmuş Etibar Hacıyev rayon ictimaiyyətinə təqdim olunub. 

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında keçirilən tədbirdə Seymur Orucov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il noyabrın 21-də təsis etdiyi və məhz bundan sonra ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi.

YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev ona göstərilən böyük etimada görə dərin minnətdarlığını ifadə edərək qeyd edib ki, bu şərəfli vəzifəni layiqincə icra etmək üçün var gücü ilə çalışacaq.
Yeni sədrə yeni fəaliyyətində müvəfəqiyyətlər arzu olunub.

Keçidlər