Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Dağ Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhidimiz Fariz Şahin oğlu Həsənovun doğum günüdür.

12 fevral 2022 | 11:00

Bu əlamətdar gündə şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Sonra doğma evində Farizin keçdiyi şərəfli ömür yolu və vətən uğrunda gedən şiddətli döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümünəsi bir daha yad edilərək əziz  xatirəsi ehtiramla anılıb.
Fariz Həsənov 12 fevral 1987-ci ildə Ağstafanın Dağ Kəsəmən kəndində anadan olub. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi iştirak edib. İşğal altında olan ərazilərimizin azadlığı uğrunda iştirak etdiyi döyüşlərdə çavuş Həsənov əsl qəhrəmanlıq göstərərək çiynində tank əleyhinə idarə olunan raket ilə düşmənin çoxlu sayda hərbi texnikasını və hərbçisini məhv edib. 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Fariz doğma Dağ Kəsəmən kəndinin qəbirstanlığında torpağa tapşırılıb.
Fariz Həsənov hərbi xidməti dövründə "Qüsursuz xidmətə görə",  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, eləcə də Vətən müharibəsində göstərdiyi sücayətə görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəli olan şəhidimizin özündən sonra bir qız və bir oğul övladı yadigar qalıb.

Keçidlər